Şirkət haqqında:"Innova Group" – innovativ və effektiv biznes həllərinin yaradıldığı və həyata keçirildiyi biznes mərkəzidir. Şirkət, 2019-cu ildə təsis edilmişdir. Şirkətin fəaliyyət sferasına innovativ İT həlləri, konsaltinq, marketinq, memarlıq-layihələndirmə xidmətləri, tədris kursları və təlimlər daxildir. Şirkətin fəaliyyətinin əsas məqsədlərindən biri, bütün fəaliyyət sahələrində keyfiyyət amilinin ön planda tutulması və müştəri məmnuniyyətinin prioritet vəzifə qəbul edilməsidir. Fəaliyyət sahəsinə uyğun olaraq daim inkişaf etmək, xidmət sahəsini genişləndirmək, müştəri və tərəfdaşların sayını hər il ötən ilə nisbətən daha da artırmaq və sağlam rəqabət mühitinin yaranmasında aktiv iştirak edərək "liderlik" imicini qazanmaq şirkətin əsas məqsədlərindəndir.Missiyamız:Şirkətin missiyası, biznesin inkişafına və rəqabətqabiliyyətli olmasına, yaranmış problemlərin həll edilməsinə kömək etmək, həmçinin təşkilatlarda biznes proseslərin stabilliyini, təhlükəsizliyini təmin edən və effektivliyini artıran faydalı xidmətlər göstərməkdir. Şirkətin innovativ, yaradıcı və irəli düşüncəyə malik olan mütəxəssisləri fəaliyyət sektorunun bütün sahələri üzrə xidmətlərin göstərilməsini və layihələrin uğurla həyata keçirilməsini təmin edir.Stratiji baxışımız:Şirkətin qarşısında duran strateji məqsəd fəaliyyət sektorunun bütün sahələri üzrə çalışan bir quruma çevrilərək korporativ müştərilərə, fiziki şəxslərə, kiçik və orta sahibkarlığa geniş xidmət şəbəkəsi vasitəsi ilə yüksək keyfiyyətli standartlara əsaslanaraq məhsul və xidmətlərin təklif və təqdim edilməsinə nail olmaqdan ibarətdir.Rəhbərlik:Təsisçi və direktor Vüsal Nəsirov