Food Production - Baku, Absheron, Azerbaijan
Tam özəlləşdirilmiş müəssisə olan "Azermaya" Açıq Səhmdar Cəmiyyəti 1997-ci ilin may ayında 1973-cü ildə fəaliyyətə başlamış keçmiş Bakı Bulka-Maya zavodunun bazasında yaradılmışdır. Müəssisənin ümumi sahəsi 22600 kv.m., istehsalat korpusunun ümumi sahəsi isə 102 m * 36 m = 3672 kv.m. təşkil edir. İstehsalatın lazımi enerji, qaz və su təchizatı və 1950 m-lik dəmiryol qolu vardır. 1973-cü ildə yaradılmış maya zavodu maya istehsalının istehsal dövrəsini - melassa şirəsinin və duz məhlulunun hazırlanmasını, səpin maya bitkilərinin yetişdirilməsini, satlıq mayaların yetişdirilmə, ayrılma, ştamplanma və qablaşdırılmasını təmin edir.