Retail - , ,
1991-ci ildən başlayaraq Azərbaycanda qida istehsalı və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən, ölkənin qabaqcıl şirkəti "Azersun Holding" 2011-ci ildə növbəti uğurlu layihəsini həyata keçirərək pərakəndə sektoruna böyük bir töhvə verdi və Bazarstore Mağazalar Şəbəkəsini yaratdı. Artıq 9 ildir ki, Bazarstore Azərbaycanda pərakəndə sahəsinin öndəri və söz sahibi missiyasını davam etdirir. Ölkənin ən geniş coğrafiyasında xidmət göstərən Bazarstore Bakı mağazaları ilə yanaşı Sumqayıt, Gəncə, Mingəçevir, Lənkəran, Şəmkir, Qəbələ, Bərdə, İmişli, Şəki, Zaqatala, Sabirabad, Masallı, Tovuz, Cəlilabad şəhərlərində də fəaliyyət göstərir.Qurulduğu gündən etibarən müştəri ehtiyac və tələblərinə, təzəliyə, güvənirliyə, sərfəli qiymətə və bol çeşidə fokuslanan Bazarstore pərakəndə sektorunda Azərbaycanın ən böyük supermarket şəbəkələrindən biridir.Bazarstore Mağazalar Şəbəkəsi dəyişən iqtisadi vəziyyət və rəqabət şərtlərinə baxmayaraq 2019-cu ildə də məhsuldarlığı, alış-veriş təcrübəsi və böyümə strategiyası ilə sektorda liderliyini möhkəmləndirdi. İl ərzində böyük dəyişikliklərə imza ataraq müştərilərin və çalışanların məmnuniyyət səviyyəsini daha da yüksəltdi.MissiyamızBacarıqlı, xoşbəxt çalışanları və güclü şirkət infrastrukturuyla daim müştəri məmnuniyyətini məqsəd hesab edərək, davamlı sabit inkişafı təmin edərək böyümək, pərakəndə sahəsində təcrübə və peşəkarlığı müştəri məmnuniyyətinə çevirməklə güvənilən, sərfəli və yüksək xidmət göstərmək.MəqsədimizÇalışanlarımız, müştərilərimiz, tədarükçülərimiz və iş ortaqlarımız üçün edə biləcəyimizin ən yaxşısını etmək və dəyər yaratmaq. Pərakəndə sahəsində keyfiyyət standartını qoruyub saxlamaqla istehlakçı tələblərini ən yaxşı şəkildə qarşılayaraq liderliyi davam etdirmək.
PrestaShop
Outlook
Apache
Google Maps
Bootstrap Framework
Google Analytics