Food Production - Masazir, , Azerbaijan
1993-cü ildə topdansatış mərkəzi kimi fəaliyyətə başlamış "Bolluq LTD" MMC qısa zaman ərzində istehsal fabrikləri və peşəkar satış-marketinq təşkili ilə qida sektorunda adı sayılan bir istehsal - distributor şirkətinə çevrilib. Fəaliyyətimizə əvvəlcə 12 nəfərlə başlasaq da, hazırda işçi sayını 1000 nəfərə qədər artırmışıq. 150-dən artıq avtonəqliyyat vasitəsi, mərkəzi və köməkçi anbar, regional ofislər, müasir istehsal dəzgahları və avadanlıqlarla təchiz olunmuş istehsal fabriklərimiz ilə qarşımıza qoyduğu hədəflərə doğru uğurla addımlamaqdayıq. Hazırda şirkətimiz peşəkar istehsalat-marketinq və satış komandaları ilə Azərbaycan bazarında istehsal etdiyimiz və distributoru olduğumuz şirkətlərin məhsullarını ölkəmizin bütün bölgələrinə-rayon və qəsəbələrinə, hətta ucqar kəndlərinə belə çox rahat şəkildə çatdırmaqdadır. Məhsullarımızın Azərbaycan bazarında uğur qazanmasının əsas səbəblərindən biri də satış, marketinq və istehsal şöbələrinin qarşılıqlı informasiya əlaqələrinin olmasıdır. Yerli və xarici universitetlərdə təhsil almış peşəkar və təcrübəli marketinq komandası tərəfindən bazarda müştəri tələbatları və istəklərinin mütəmadi öyrənilib istehsal komandasına çatdırılması, istehsal şöbəsinin bacarıqlı və peşəkar əməkdaşları tərəfindən bu məlumatların effektiv dəyərləndirilməsi satışa öz müsbət töhfəsini verməkdədir. Missiyamız Azərbaycan bazarında olan bütün satış nöqtələrinə yüksək səviyyədə xidmət göstərmək və eyni xidməti dünya bazarına inteqrasiya etməkdir. Bir başqa sözlə ifadə etsək, "Bolluq LTD" MMC peşəkar satış, keyfiyyətli istehsal dövriyyəsi və eyni zamanda işçilərinin rifahını daha da yaxşılaşdıraraq qüsursuz xidmət göstərməklə Azərbaycan və dünya bazarında yüksək mövqe tutmağı özünə hədəf seçmişdir.
Nginx
YouTube
Google Maps