Education Management - Baku, , Azerbaijan
Təhsil Mərkəzimiz də – Xarici dillərin və kompyuter proqramlarının müxtəlif metodlarla öyrədilməsi həyata keçirilir. Ilk başlanğıcdan bizim əsas məqsədimiz kurs müddətində əldə olunmuş biliklərin təcrübədəki faydasından ibarətdir. Təcrübənin teoriyadan geri qalmaması üçün bütün çalışmalar real proektlər üzərində qurulmuşdur. Bizim müəllimlərimiz yalnız geniş iş təcrübəsinə malik olan yüksək ixtisaslı mütəxəssislərdir. Biz dinləyicilərimizə yalnız işlərinə yox həm də onların professional və karyera artımına yardım edən biliklər verməyə çalışırıq.Təhsil müəssisəmizin pedaqoqları həm yeni başlayanlara həm də təcrübəli mütəxəssislərə tədris proqramlarının öyrədilməsində kömək etməyə hazırdılar. Bizim coxpilləli sistemdə hər kəs təhsilinə uyğun kurs növü seçə bilər. Geniş tədris proqram seçiminin köməkliyi ilə müxtəlif sahələrin mütəxəssisləri özləri üçün mütləq maraqlı və faydalı kurslar tapacaqlar.Biz sizin vaxtınıza qənaət edirik. Təhsil və karyera mərkəzində çoxillik iş təcrübəsinə əsasən intensiv tədris metodikası işlənib hazırlanmışdır. Bu metodika sizə qısa vaxt ərzində seçdiyiniz kursu tamamilə mənimsəməyə imkan yaradır. Uyğun dərs qrafiki sizə münasıb olan vaxtı seçməyə imkan yaradır. Biz sizə səhər, günorta, axşam növbələrində və istirahət günü kursları təqdim edirik. Kurslar həm qrup şəklində həm də individual olaraq keçirilir. Əgər siz münasib vaxtda tez bir şəkildə təhsil almaq istəyirsizsə sizə müəllimlə " təkbətək " rejimini təklif edirik. Birinci dərsdə müəllimlər hər bir dinləyiciyə maksimal diqqət yetirir və hər birilə ayrılıqda söhbət edir.
reCAPTCHA
Facebook Widget
WordPress.org
Google Font API
Bootstrap Framework
Mobile Friendly