Management Consulting - Baku, , Azerbaijan
"Keyfiyyət Assosiasiyası" İctimai Birliyi"Keyfiyyət Assosiasiyası" İctimai Birliyi (bundan sonra - KAİB) keyfiyyət və idarəetmə sahəsində yenilikçi idayaları ilə fərqlənən intelektual, peşəkar və böyük təcrübəyə malik insanları birləşdirən, ölkəmizdə istehsal olunan məhsul və göstərilən xidmətlərin keyfiyyətli və rəqabətqabiliyyətli olması üçün effektiv həll variantlarını təklif edən qeyri-hökümət təşkilatıdır.KAİB 2007-ci il noyabrın 25-də təsis edilib. 2008-ci il oktyabrın 30-da Azərbaycan Respublikası Ədliyyə Nazirliyində rəsmi qeydiyyata alınıb.KAİB-in yaradılmasında əsas məqsəd Azərbaycanda keyfiyyət, idarəetmə, standartlaşdırma, sertifikatlaşdırma, metrologiya, akkreditasiya və uyğunluğun qiymətləndirilməsi sahələrinin inkişafına kömək etmək, ölkəmizdə istehsal olunan məhsulların və göstərilən xidmətlərin keyfiyyətli və rəqabətqabiliyyətli olması üçün marifçilik fəaliyyətini həyata keçirməkdir.Keyfiyyət və idarəetmə sahəsində beynəlxalq standartlara cavab verən tam ixtisaslaşmış təşkilat olaraq, KAİB təqdim etdiyi peşəkar xidmətlərlə müştəri məmnunluğuna nail olmağı fəaliyyətinin əsas prioriteti hesab edir. Azərbaycanın sosial-iqtisadi inkişafına yönəlik bütün təşəbbüsləri dəstəkləyən KAİB yüksək bilik, bacarıq və təşəbbüskarlığa malik kadrları ətrafında toplayaraq iqtisadiyyatımızın rəqabət gücünün artırılmasına öz fəaliyyəti ilə töhvə verməyə çalışır.
Facebook Custom Audiences
Facebook Widget
Google Tag Manager
Facebook Login (Connect)
Mobile Friendly