Food & Beverages - Nakhchivan, Nakhchivan Autonomous Republic, Azerbaijan
1995-ci ildə əsası qoyulmuş "Ləzzət Qida Sənaye" Məhdud Məsuliyyətli Cəmiyyət iki əsas istiqamətdə - gündəlik tələbat mallarının topdan satışı və qida məhsullarının istehsalı sahəsində fəaliyyət göstərir. Qənd istehsalı, çərəz və dənli malların emalı və qablaşdırılması sahəsində istehlakçıların maraq və tələbatlarını müvəffəqiyyətlə təmin edən şirkət, həmçinin Rusiya, Almaniya, Türkiyə, Gürcüstan, Çin, Ukrayna, BƏƏ, Hindistan və digər ölkələrdən olan 50-dən artıq istehsalçı firma ilə əməkdaşlıq edərək uğurlu distributorluq fəaliyyəti həyata keçirir.2010-cu ildə "Ləzzət Biskvit və Şokolad Fabriki" MMC fəaliyyətə başlamışdır. "Ləzzət Biskvit və Şokolad Fabriki" MMC –də dünya standartlarına cavab verən, gündəlik istehsal gücü 3000 kq olan müasir avadanlıqlar quraşdırılmışdır. Fabrikdə vafli, keks, biskvit və digər qənnadı məmulatları istehsal olunur. "Ləzzət Biskvit və Şokolad Fabriki" MMC-nin istehsal etdiyi məhsullar az müddət ərzində istehlakçıların rəğbətini qazanmışdır. 2011-ci ildə isə Naxçıvan Muxtar Respublika əhalisinin keyfiyyətli və ekoloji cəhətdən təmiz quş əti məhsulları ilə təmin olunması məqsədilə "Ləzzət Broyler" MMC təsis olunmuşdur. Naxçıvan Muxtar Respublikasında ən iri quş əti istehsalçısı olan "Ləzzət Broyler" MMC mütəşəkkil istehsal prosesinə malik müasir müəssisədir.
reCAPTCHA
Facebook Widget
Apache
Facebook Login (Connect)
Rackspace MailGun
Mobile Friendly