Supermarkets - , Absheron, Azerbaijan
Neptun Supermarketlər Şəbəkəsi 2003-cü ildə Azərbaycanda qida sektoru sahəsində fəaliyyətə başlayıb. Neptun Supermarketləri zənciri yaradılması ilə paralel olaraq 2004-cü ildə 3500 m2-ə yaxın ərazidə anbar və ofis yeri tikilərək Azərbaycanda ilk dəfə olaraq supermarketlər vahid mərkəzi sistemlə idarə olunmağa başlandı. Neptun Supermarketlər Şəbəkəsi həm yerli həmdə xarici məhsulların satışını həyata keçirir. Burada keyfiyyəti, ekoloji təmiz tərkibi, saxlanma müddəti və s. ilə seçilən Almaniya və digər Avropa məhsulları yer almışdır. Yüksək keyfiyyətli məhsul müxtəlifliyi ilə seçilən Neptun Supermarketlər şəbəkəsi hər zaman müştəriləri üçün sağlam, müasir və ekonomik xidmət göstərməyə çalışır. Supermarketlər şəbəkəsində müxtəlif növ qida məhsulları, məişət-təsərrüfat malları, kiçik ev elektronikası kimi məhsullar əldə etmək mümkündür. Bundan əlavə supermarketlərdə mövcud olan "Uşaq aləmi" bölmələrində balacaların qayğısına qalmaq üçün keyfiyyətli uşaq qidası, paltarlar, oyuncaqlar və məktəb ləvazimatları əldə etmək olar.Əsas prinsipi sağlam qidaya üstünlük olan Neptun Supermarketlər şəbəkəsi optimal şəraitdə saxlanılan məhsullarla artıq 15 ildən çoxdur ki, geniş alıcı kütləsinin inamını qazanıb.
Gmail
Nginx
Cloudflare DNS
Google Tag Manager
Google Apps
CloudFlare Hosting