Retail - Belfast, Maine, United States
Personal Assistant To Chief Executive Officer and Secretary of the Board
Personal Assistant To Chief Executive Officer and Secretary of the Board
Fəaliyyətinə 2016-cı ildə başlayan OBA marketlər şəbəkəsinin əsas məqsədi gündəlik təlabat məhsullarının mümkün olan ən ucuz qiymətə və yüksək keyfiyyətlə müştərilərə təqdim etməkdir.Yüksək endirim (hard-discount) modelini Azərbaycanda ilk olaraq tətbiq edən OBA marketlər şəbəkəsi 700-ə qədər gündəlik tələbat məhsullarını istehlakçılara təqdim edir. Marketlər şəbəkəsində satılan məhsulların əksəriyyəti şəxsi markalardır (PL- Private Label). OBA marketlər şəbəkəsi şəxsi markalarla yanaşı dünyanın tanınmış brendlərini də müştərilərinə ucuz qiymətə təqdim edirOBA marketlər şəbəkəsi filial sayını sürətlə artırmaqla bütün Azərbaycan ərazisində fəaliyyət göstərməyi hədəfləyir. 2017-ci ilin birinci yarısında market sayı ölkə üzrə 400-ə çatmışdır. OBA marketin sürətlə inkişafının əsas səbəbi müştəri məmnuniyyəti, məhsulların keyfiyyəti və ən ucuz qiymət təklifidir.OBA marketlər şəbəsində satılan məshsulların qiymətinin ucuz olmasının əsas səbəbi məhsulların istehsalçıdan birbaşa istehlakçıya arada heç bir vasitə olmadan çatdırılmasıdır. Bundan başqa OBA marketlər şəbəkəsi dünya praktikasını ölkəmizdə tətbiq edərək, məhsulları alıcılara rəflərdə öz qutularında təqdim edir, yəni məhsullar rəflərdə xüsusi olaraq düzülmür. Bu da satılan məhsulun qiymətinə əlavə işçilik haqqı faizlərinin gəlməsinin qarşısını alır.OBA marketlər şəbəkəsi şəxsi, topdan qiymətinə pərakəndə satış.