- , , Azerbaijan
Qafqaz Universiteti İnformasiya Kommunikasiya Texnologiyaları Elmi Tədqiqat Mərkəzi (QU İKTETM) 2010-cu ildən etibarən Qafqaz Universiteti nəznində fəaliyyət göstərməkdədir. İKTETM-in iş prinsipi İKT sahəsində araşdırmalar aparmaq, dünya təcrübəsini öyrənmək, ölkəmizdə tətbiq etmək üçün layihələr və elmi tədqiqat işləri hazırlamaqdan ibarətdir. Mərkəzin 2012-ci ilin başlanğıcından önəm verdiyi sahələrdən biri də robototexnika və süni intellektdir. Bu sahənin inkişafı üçün İKTETM-də Robototexnika və Süni İntellekt elmi tədqiqat qrupları yaradılmışdır. İKTETM-in tədqiqat apardığı digər sahələr isə elektron dövlət, elektron ticarət, elektron idarəetmə, İT layihələrin idarəedilməsi, İT konsaltinq və digərləridir.