Waste/Recycling/Environmental - , N/A, US
Unimetal MMC regionda metal məmulatlarının istehsalı və satışı ilə məşğul olan ən böyük şirkətlərdən biridir. Hal-hazırda Unimetal MMC Dərnəgül İstehsal Zonasında (Bakı) 4 satış mərkəzi və Azərbaycanın 36 rayonunda distributor şəbəkəsinə sahibdir.Unimetal MMC Azərbaycanda tikinti, maşınqayırma və netf-qaz sahələri üçün yüksək keyfiyyətli örtüksüz prokat lövhələr, qalvaniz rulonlar, polimer örtüklü prokat lövhələr, armatur və katinka, polad boru və profillər, müxtəlif növ profnastil, dəmir panel və su sistemlərinin təchizatçısıdır.Şirkətin tərkibinə boru-profil (Interprofil MMC) və isti üzləmə (AzGalfan MMC) zavodları daxildir. Polad emalının müasir vasitələrlə həyata keçirilməsi istehsalın kəsintisizliyini təmin edir.Unimetal MMC ildən-ilə istehsal sahələrini təkmilləşdirir. Hal-hazırda boyama üzrə layihə işləri yekunlaşıb və 2016-cı ilin əvvəlində fəaliyyətə başlaması gözlənilir. Zavodun istehsal gücü günü həm daxili tələbat ödəmək, həm də ixrac üçün nəzərdə tutulub.Unimetal MMC-in strategiyası öz sahəsində regionun lideri olmağa yönəldilib. Unimetal MMC-in əsasını istehsal xəttlərinin genişlənməsini təşkil edən uzunmüddətli balanslaşdırılmış inkişaf strategiyası vardır. Strateji planların reallaşması üçün mövcud instehsal həcminin güclənməsi, yeni məhsulların əldə olunması, daxili əməliyyat sisteminin yaxşılaşdırılması, korporativ və ixrac satışlarının artırılmasını hədəfləyən layihələrindən ibarət uzunmüddətli investisiya proqramı hazırlanıb.