Food Production - Baku, , Azerbaijan
Azərbaycanın lider quşçuluq müəssisələrindən biri olan "Qaraqaşlı Broyler" ASC "ŞƏFA" əmtəə nişanı ilə istehsal və satış etdiyi halal kəsilmiş toyuq məhsulları xalqımızın məmnuniyyətini qazanmışdır. Cəmiyyət 2004-cü ildə təsis edilmişdir. Cəmiyyətin bütün sahələrində əsaslı yenidənqurma və təmir işləri aparılmışdır. İstehsalat sahələrinə mərhələlərlə yeni müasir avadanlıqlar quraşdırılmışdır.Neftçala və Salyan rayonlarında yerləşən istehsal sahəmizin tərkibinə: baytarlıq və biotəhlükəsizlik bölməsi, damazlıq yetişdirmə və anaclıq (yumurtama) sahəsi, inkubator sahəsi, yem istehsalı zavodu, broyler bəsləmə sahəsi, kəsim və paketləmə bölməsi, rendrinq (tullantıların emalı) fabriki, hazır məhsul saxlama anbarları daxildir. Bununla yanaşı Bakı şəhərində və regionlarda satış mərkəzləri, firma mağazaları müştərilərimizə xidmət göstərir.
reCAPTCHA
Apache
Google Tag Manager
Facebook Login (Connect)
Google Maps (Non Paid Users)