Mechanical Works Chief and Process Engineer at AS INSHAAT-N LLC - Charlotte, North Carolina, United States
"AS Inşaat-N" MMC kollektivi vahid layihə komandası olaraq fəaliyyət göstərmiş və ölkə daxilində silsilə layihələr həyata keçirmişdir. İcra etdiyi layihələr məzmun və istiqamət baxımından çoxçeşidili olmuşdur: mürəkkəb mühəndis qurğuları, sənaye obyektləri ilə əlaqədar tikinti və tikinti-quraşdırma, yenidənqurma, bərpa, layihələndirmə və s. işlər. Hazırda layihələrin keyfiyyətlə, ətraf mühitin mühafizəsi və əməyin təhlükəsizliyi prinsiplərinə riayətlə icra edilməsi şirkətdə İSO 9001:2008, İSO 14001:2004, OHSAS 18001:2007 beynəlxalq standartların tələblərinə əsasən inteqrə edilmiş idarəetmə sisteminin tətbiqi və peşəkar kadrların cəlb edilməsilə mümkün olmuşdur. Tikinti və tikinti-quraşdırma işlərilə əlaqədar həyata keçirilən layihələrin keyfiyyətinə sifarişçilərin verdiyi yüksək dəyərləndirmələr şirkətin davamlı uğurlarını təmin etmiş, onu ölkəmizin tikinti bazarında dəyərli tərəfdaş olaraq tanıtmışdır. \Şirkətin 2010-cu ilin əvvəllərindən etibarən həyata keçirdiyi layihələr başlıca olaraq Qaradağ Sement Zavodu və Şahqaya karxanası ərazisində müxtəlif istiqamətli işlərin icrası ilə əlaqədar olmuşdur. Bunlara Qaradağ Sement Zavodunun ərazisində yerləşən Gara 6 Quru Soba layihəsi çərçivəsində 6-cı sobanın eskiz layihəsinin işlənməsi, Sement Dəyirmanlarının Yenidən Qurulması, Sement Dəyirmanı Modernizasiyası çərçivəsində torpaq, beton və beton-armatur işlərinin aparılması, Yükboşaltma Stansiyasının Tikinti İşləri, Şahqaya Karxanasında Əhəngdaşı Doğrayıcı Sexinin Tikintisi, sadalanan işlərlə bağlı müvafiq qaydada layihələrin adaptasiyası, müəllif nəzarəti, keyfiyyət yoxlanışı, eskiz layihələrin işlənməsi, işlərin xidmətlərinin icra edilməsi, layihələrin Azərbaycan Respublikası tikinti normalarına uyğunlaşdırılması və s.daxildir. Qeyd olunan layihələrin sifarişçiləri «Qaradağ Sement» ASC və CBMİ Construction Co Ltd. olmuşlar.