2005-ci ildə təsis edilmiş "PROLINK CASPIAN" MMC dünya şöhrətli aparıcı şirkətlərin istehsalı olan və tikinti-inşaat, torpaq qazıma, anbar və yükqaldırma sahələrində istifadə edilən geniş çeşiddə avadanlıq və texnikanın təchizatçısıdır:JCB - İnşaat və yol-tikinti işləri üçün avadanlıqlar, habelə generatorlar və enerji qurğuları da daxil olmaqla, yerqazan və yükqaldırıcı avadanlıqlar; MAGNI – roto-teleskopik yükləyicilər və yüksək yük qabiliyyəti olan teleskopik yükləyicilər COMBİLİFT - dünyada ilk 4 istiqamətdə hərəkət edə bilən cənqəlli yükləyicilər və xüsusi qaldırıcı avadanlıqlarUTILEV - Stok qaldırıclar, avtomatik səyyar və sənaye yük qaldırıcılar; HYSTER - Anbar avadanlıqları, sənaye təyinatlı avtoyükləyicilər, konteyner daşımaları üçün çəngəlli yükqaldırıcılar və uzadılan oxa və teleskopik çalova malik yükləmə-boşaltma texnikası;JLG - Hündürlükdə işləmək üçün platformalı qaldırıcılar, özüyeriyən yükqaldırıcılar, səyyar sərnişin qaldırıcıları və digər qaldırıcı texnika. Hal-hazırda, "Prolink Caspian" şirkəti tikinti avadanlıqları, materialların yüklənib-boşaldılması və ehtiyat hissələrin təchizatı bazarında aparıcı mövqeyə malikdir və icarə, satış və servis xidmətləri əsnasında hər bir müştərinin tələbatına xüsusi diqqətlə yanaşır.