"Code and More" layihəsi ölkəmizdə İnformasiya Texnologiyaları sahəsindəki mövcud kadr çatışmazlığını aradan qaldırmaq və bu istiqamətlərin ölkədə inkişafına töhfə vermək üçün Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən yaradılmış təqaüd proqramıdır.Hal-hazırda bu proqram əsasında 260 tələbə Bulud Texnologiyaları, Peşəkar Avtomatika və Peşəkar Elektronika istiqamətləri üzrə təlimlərdə iştirak edir.