Management Consulting - Charlotte, North Carolina, United States
𝗔𝘃𝗶𝘇𝗼 𝗖𝗼𝗻𝘀𝘂𝗹𝘁𝗶𝗻𝗴 şirkəti Azərbaycanda fəaliyyətdə olan mühasibat və auditor şirkətlərindən biridir. Şirkətimiz müştərilərinə öz xidmətlərini göstərməyə daim hazırdır və həmçinin bu xidmətlərin yüksək keyfiyyətlə həyata keçirilməsinə zəmanət verir.Şirkətimiz tərəfindən təklif olunan xidmətlərə daxildir:• 𝑴𝒖̈𝒉𝒂𝒔𝒊𝒃𝒂𝒕 𝒙𝒊𝒅𝒎ə𝒕𝒍ə𝒓𝒊 - qanunvericiliyə uyğun olaraq müəssisənin maliyyə uçotunun təşkil edilməsi,Vergi, Statistika, Dövlət Sosial Müdafiə Fondu və Məşğulluq idarələrinə rüblük, aylıq, illik hesabatların hazırlanması və təqdim edilməsi, mədaxil və məxaric pul vəsaitləri uçotunun, mühasibat uçotu hesabatlarında onların hərəkətinin, istehsal dövriyyəsi və xərclərinin, xərclər smetasının hazırlanması, əmək haqqı, ezamiyyət və məzuniyyət haqlarının hesablanması.• 𝑨𝒖𝒅𝒊𝒕 𝒙𝒊𝒅𝒎ə𝒕𝒍ə𝒓𝒊 - Beynəlxalq Audit Standartlarına əsasən maliyyə hesabatlarının auditi, daxili audit, xüsusi audit.• 𝑲𝒂𝒅𝒓 𝒙𝒊𝒅𝒎ə𝒕𝒍ə𝒓𝒊 - yeni işçilərə əmək kitabçasının alınması, işdən azad edilən işçilərin müvafiq sənədlərinin hazırlanması, aylıq iş vaxtının uçot tabelinin tərtib edilməsi, işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə və əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunması üzrə tədbirlərin görülməsi, məzuniyyət dövrünün hesablanması, qanunvericiliyə uyğun olaraq müvafiq sahələrin işçilərinə "Tibbi müayinə" alınması və icbari tibi sığorta olunması.• 𝑩𝒊𝒛𝒏𝒆𝒔𝒊𝒏 𝒚𝒂𝒓𝒂𝒅ı𝒍𝒎𝒂𝒔ı𝒏𝒂 𝒅𝒂𝒊𝒓 𝒙𝒊𝒅𝒎ə𝒕𝒍ə𝒓 - yeni yaranan şirkətlərin qeydiyyata alınması və şirkətlərin bağlanması.• 𝑲𝒐𝒏𝒔𝒂𝒍𝒕𝒊𝒏𝒒 𝒙𝒊𝒅𝒎ə𝒕𝒍ə𝒓𝒊 - Vergi qanunvericiliyə əsasən konsaltinq, Vergi mqanunvericiliyində dəyişikliklər üzrə manitorinq, sadə və xüsusi rejimli şirkətlər üçün vergi tutma prosesinin planlaşdırılması, vergi ödənişinin optimizasiyası, əmək qanunvericiliyinə əsasən konsaltinq.